BİZ KİMİK?
Əlilliyi olan şəxslərə sosial dəstək İctimai Birliyi ( ƏOŞSD İB) əlilliyi olan şəxslərin, o cümlədən uşaq və gənclərin sosial problemlərinin həllinə çalışan, onların sosialllaşmasına, coşqun həyata cəlb olunmasına, təhsil almasına və yeni bacarıqlara yiyələnməsinə dəstək olan qeyri-hökumət təşkilatıdır. Birlik 22.06.1989-cu ildə Azərbaycan Əlillər Cəmiyyətinin Yasamal rayon Əlillər Təşkilatı adı ilə təsis edilib və 22.11.1995-ci il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 773 nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. 09.10.2020-ci il tarixdə birliyin adında dəyişiklik edilərək “Əlilliyi olan şəxslərə sosial dəstək” ictimai birliyi adı ilə fəaliyyətini davam etdirir. Fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir.
MİSSİYAMIZ :
Əlilliyi olan şəxslərin;
-cəmiyyətə inteqrasiyasına yardım etmək;
-müstəqil həyat tərzi yaşamasına nail olmaq;
-hüquqlarını müdafiə etmək;
-problemlərinin həllinə dəstək vermək;
-reablitasiya tədbirlərini həyata keçirmək;
-məşğulluğun təmin olunmasına nail olmaq;
-yeni bacarıqlar öyrənməsinə kömək etmək;
-təhsil almasına nail olmaq;
-asudə vaxtın maraqlı keçməsi üçün tədbirlər həyata keçirməkdən ibarətdir.
VƏZİFƏLƏRİMİZ
1.Əlillərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ etmək;
2.Əlillərin məşğulluğununun təmin edilməsi, sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirləri dəstəkləmək;
3.Müvafiq sahədə maarifləndirmə işi aparmaq və beynəlxalq təcrübənin tətbiqi üzrə təkliflər hazırlamaq;
4.Əliliyi olan şəxsləri coşqun həyata cəlb etmək.