• Əlilliyi olan şəxslərə sosial dəstək İB
LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ TƏCRÜBƏ KEÇİRİLİB
23 mart, 23:54
166

Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “SOSİAL MEDİANIN İDARƏ EDİLMƏSİ” layihəsinin iştirakçıları 23.03.2022-ci il tarixində ARB Televiziyasının Media şöbəsinin qonağı oldu. Layihənin rəhbəri Təranə Musayeva rəhbəri olduğu ictimai birliyin fəaliyyəti barədə məlumat verərək hazırda icra olunan layihə barəsində danışdı. Sonra ARB Televiziyasının  Media şöbəsinin rəhbəri Ramin Fərəcullayev  sosial mediyanın idarə olunması sahəsindəki xırdalıqlardan, televiziyada sosial mediyanın rolundan, yootube sosial şəbəkəsinin sirlərindən və möhtəşəmliyindən, kontentin necə tapılması, materialların necə yerləşdirilməsi  haqqında geniş məlumat verdi. Heydərli Cavad, Əliyeva Nəzakət, Cəfərov Rövşən və digərləri  onları maraqlandıran sualları çox rahatlıqla verərək suallarına dolğun və hərtərəfli cavab aldılar. Layihə iştirakçıları görüşdən və aldıqları geniş məlumatlardan məmnunluqlarını bildirərək, görüşün təşkilatçısı Günay xanıma, ARB Media Qrupunun rəhbərliyinə,  Media şöbəsinin rəhbəri Ramin Fərəcullayevə və şöbənin əməkdaşlarına  öz dərin  təşəkkürlərini bildirdilər
.Bu günkü görüş eyni zamanda iştirakçılar üçün təcrübə oldu.