• Əlilliyi olan şəxslərə sosial dəstək İB
"Əlilliyi olan Şəxslərə Sosial Dəstək" İctimai Birliyinin 6 aylıq hesabat  iclası keçirilib
02 iyul, 15:51
1099

"Əlilliyi olan Şəxslərə Sosial Dəstək" İctimai Birliyi 02.07.2022-ci il tarixdə 6 aylıq fəaliyyət haqqında iclas keçirib. İclasda 01.01.2022-30.06.2022-ci il tarixlərdə görülmüş işlərdən və gələcək planlardan, Əlilliyin təyin olunmasındakı yeni meyarlardan  danışılıb. Birliyin sədri Təranə Musayeva 6 ayda 1488 əlilliyi olan şəxsə sosial yardım göstərildiyindən, 1 layihə icra edildiyindən və təşkilati məsələlərdən danışıb. İdarə heyətinin üzvləri və iclasda iştirak edən birliyin üzvləri birliyin gördüyü işlərə yüksək qiymət verərək , gələcək işlərdə uğurlar diləyiblər.