11 iyul, 16:51
314
İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur.
Üç səmavi dinin-yəhudilik, xristianlıq və İslamın hər üçündə müxtəlif formada qurbanlıq mövcuddur. Lakin İslamda bu ay xüsusi mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur. Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur.
Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri də odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər.
"Əlilliyi olan Şəxslərə" Sosial Dəstək" İctimai Birliyi də "Qurban" bayramında xeyirxah insanların dəstəyi ilə 200-ə yaxın imkansız, ehtiyaclı əlil ailəsini sevindirdi. Bu cür nəcib əməli icra etməkdə dəstək olan Yasamal rayon İcra Hakimiyyətinə, "Kaspian Drilling Kompani" LTD-nin rəhbərinə, Bakı "Qızılı at" terapevtik mərkəzin rəhbəri Sərxan Tağıyevə və xeyriyyəçi insanlara öz dərin təşəkkürümüzü bildiririk.