• Əlilliyi olan şəxslərə sosial dəstək İB
Mingəçevir şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən ilk dəfə olaraq təşkil edilən “QHT-lərin  1-ci İnkişaf və Mübadilə proqramı” başa çatıb
02 avqust, 12:28
287

Mingəçevir şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən ilk dəfə olaraq təşkil edilən “QHT-lərin 1-ci İnkişaf və Mübadilə proqramı”uğurla başa çatıb. Üç günlük proqramda  iştirakçılara:- Dataların yığılması və təhlili, Məntiqi çərçivənin hazırlanması və dizaynı, “Qərar qəbul etmək üçün məlumatların toplanması və təhlili”, “Layihənin icra strategiyası hazırlanması”, “Siyasətin təhlili və dövlət siyasəti- siyasi xülasələr və tədqiqatlar necə yazılmalıdır”?, “Layihə metodologiyasının müəyyən edilməsi” mövzularında təlimlər keçirilib.Təlimlər zamanı iştirakçılara mövzularla bağlı nəzəri biliklər haqqında geniş məlumat verilib və iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.
Təlimlər ADA Universitetinin Beynəlxalq və İctimai Münasibətlər İnstitutunun dekanı Anar Vəliyev, beynəlxalq ekspert Vüsal Behbudov tərəfindən aparılıb.
Təlimlərin yekunu olaraq iştirakçılara qrup işi tapşırılıb və onların mövzu ilə bağlı sualları cavablandırılıb, o cümlədən, növbəti təlimlər üçün fikirləri öyrənilib.
#QhtAgentliyi #NgoAgency #QHT #IİnkişafvəMübadiləproqramı #Mingəçevir #təlim #layihə