“Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Sağlamlıq imkanı məhdud olan
uşaqların cəmiyyətə sosial və psixoloji reabilitasiyasının gücləndirilməsi" layihəsinin sentyabr
ayından icrasına başlamışdır. Layihənin müddəti 3 aydır.
Layihənin əsas məqsədi – Sağlamlıq imkanı məhdud olan uşaqların sosial və psixoloji
reabilitasiyasının gücləndirilməsidir
Layihə çərçivəsində 30 nəfər sağlamlıq imkanı məhdud olan uşaqlar üçün fərdi intensiv reabilitasiya
məşğələləri və onların valideynləri üçün məsləhət xidməti təşkil olunacaqdır. Qeyd etmək lazımdır
ki, Reabilitasiya Mərkəzinin fəaliyyətinə, nəinki Gəncə şəhərindən, eyni zamanda ətraf rayonların
xüsusi qayğıya ehtiyacı olan uşaqları da cəlb olunmuşdur.
Həyata keçiriləcək reabilitasiya məşğələləri nəticəsində reabilitasiyaya cəlb olunan uşaqlarda bir sıra
müsbət dəyişikliklərin olması gözlənilir. Belə ki, onların davranış vərdişləri və bacarıqlarında olan
inkişaf hiss ediləcək, qrup və ətrafdakı olan insanlara uyğunlaşmaq prosesi artacaq, ictimai qaydalara
riayət etmək bacarığı və vərdişləri yaranacaqdır.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyd
olunan layihənin dəstəklənməsi Gəncə Reabilitasiya Mərkəzinin davamlı fəaliiyət göstərməsində mühüm
əhəmiyyət kəsb edəcəkdir.
Layihənin rəhbəri Rövşən Novruzov