• Əlilliyi olan şəxslərə sosial dəstək İB
Gənclər Karyera məktəbində iştirak edib
06 sentyabr, 15:58
204

Gənclər və İdman Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Youth Inc. Sahibkarlıq Proqramı çərçivəsində  01 /06 sentyabr 2022-ci il tarixlərində Mingəçevir şəhərində  gənclər üçün yay düşərgəsi "Karyera məktəbi" təşkil olunmuşdur. Düşərgədə peşəkar təlimçi Fəxri Məmmədzadə tərəfindən   "vaxtın idarə olunması", Azərbaycan İnsan Resursları Assosiasiyasıın idarə heyətinin üzvü, özəl sektorda İnsan resursları departamentinin rəhbəri Saleh Həsənovun “Düzgün CV hazırlanması” və “Müsahibələrdə nə etməli və nə etməməli”,  Azərbaycan İnsan Resursları Assosiasiyasının təlimçisi, Safavy onlayn təhsil platformasının təsisçisi, İqtisad Universiteti UNEC-in müəllimi Könül Quliyeva tərəfindən  “Karyerada ilkin addımlar və uğurlu insan”, “Düşünmə bacarıqları” və digər  mövzularda  təlimlər keçirildi. Azərbaycan Respublikası Milli Məclisinin deputatları Şahin Seyidzadə və  Müşfiq Cəfərov panel görüşlərində iştirak edərək karyera bacarıqlarından danışdılar. Milli Məclisin deputatı Jalə Əhmədova düşərgə iştirakçılarına xoş arzularını bildirərək karyerada uğurlar dilədi.Düşərgə iştirakçıları  idman yarışlarında iştirak etdi.  Düşərgənin sonunda iştirakçılar "Kür" çayını gəmi ilə səyahət etdi. Bağlanış mərasimində iştirakçılara hədiyyələr və sertifikatlar təqdim olundu. Birliyimiz  düşərgədə 4 + 1 komandası ilə iştirak etdi. Eşitmə və nitq məhdudiyyətli gənc xanımlar öz bacarıqlarını nümayiş etdirdilər. Düşərgə inkluziv şəkildə təşkil olunduğundan maraqla qarşılandı. Gənclər  jest dilinə olan marağı artdığından qızlarımızdan  mmehriban münasibət qurdular. Bu ilki "Yay düşərgəsi" gənclərimizin yaddaşında silinməz iz buraxdı.