• Əlilliyi olan şəxslərə sosial dəstək İB
Fəqana uğurlar diləyirik. 
26 sentyabr, 15:32
186

Birliyimiz 1989-cu ildən fəaliyyət göstərir. Azərbaycanın ilk  QHT-lərindəndir. Bu illər ərzində əlilliyi olan gənclərin təhsilə cəlb olunmasında , təhsil almasında dəstək olmuşuq.Nəsirli Fəqan uşaqlıqdan pertez xəstəsidir və 3-cü dərəcəli əlildir. Ailə başçısı olan atası  o uşaq olanda dünyasını dəyişib. Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olanda anası təhsil haqqını ödəməkdə çətinlik çəkirdi. Fəqan ya təhsil almamamalı, ya da kömək olunmalıydı. Sponsor taparaq 5 il təhsil haqqını  10500 manat ödətdirdik. Artıq Fəqan diplomunu da alaraq əmək fəaliyyətinə başlayıb.  Fəqana uğurlar diləyirik.