20 oktyabr 2022-ci il birliyimizin üzvü, 1-ci dərəcəli əlil Baxşəliyev Namiq Saleh oğlunun qardaşı, Vətən Müharibəsi şəhidi, leytenant Baxşəliyev Natiq Saleh oğlunun şəhadətə qovuşduğu gündür. Şəhid Natiq Baxşəliyev 44 günlük Vətən Müharibəsində "Ərgünəş" yüksəkliyini azad edərkən qəhrəmanlıq göstərmiş və şəhadətə qovuşmuşdur. Bu gün Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov başda olmaqla icra nümayəndələri, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri, şəhid ailələri, "Əlilliyi olan şəxslərə sosial dəstək" ictimai birliyinin sədri Təranə Musayeva və birliyin bir neçə üzvü II Fəxri Xiyabanda şəhidləri yad etdi.Tədbir zamanı şəhidlərin ruhlarına dualar oxundu. Şəhid Baxşəliyev Natiqin valideyinlərinə və ailəsinə, tədbirdə iştirak edən şəhid ailələrinin üzvlərinə baş sağlığı verildi .Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə ölümündən sonra Natiq Baxşəliyev Füzulinin azad olunmasına görə, Vətən uğrunda və Döyüşdə Fərqlənməyə görə medallarla təltif olunub. Allah şəhidlərimizə rəhmət eləsin!