• Əlilliyi olan şəxslərə sosial dəstək İB
Sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin bilik və bacarıqları inkişaf etdirilir
25 oktyabr, 15:00
233

"Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.09.2022-ci il tarixindən "Əhalinin həssas qruplarından olan sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə innovativ dərnəklərin yaradılması” layihəsini icra edir.Müxtəlif xəstəliklərdən əziyyət çəkən 20-dən artıq uşaq və yeniyetmə rəsm və rəqs üzrə dərnəklərə cəlb olunmuşlar. Dərnəklərdə onların maraq və bacarıqlarının, intellektual səviyyələrinin və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi uğurla aparılır.


Dərnəklərdə rəsm üzrə  təsviri incəsənətin (rəngkarlıq, qrafika və s.) və tətbiqi incəsənətin(aplikasiya,ebru və s.) bölmələri, rəqs üzrə bədii incəsənətin rəqs və musiqi bölməsi uşaqlara öyrədilir. 

Xəstəlik dərəcəsindən asılı olmayaraq layihəyə cəlb olunmuş bütün uşaqlar dərnəklərdə iştirak edir.

Rəsm böməsi üzrə dərnəklərdəki təlimləri rəssam, ebru sənəti üzrə master klas Əfsanə Xudiyeva aparır.

 Rəqs üzrə dərnəklərdə bədii incəsənətin rəqs və musiqi bölmələri uşaqlara öyrədilir. 

Təlimlər rəqs terapevti xoreoqraf Lalə Şirinova tərəfindən aparılır.

Xoreoqraf tərəfindən uşaqlara milli musiqimizin “Uzundərə”,”Yallı”,”Şuşanın dağları”,”Qafqaz” və s. rəqsləri öyrədilir.Eyni zamanda uşaq və yeniyetmələrə uşaq mahnıları tədris olunur.Mahnıları uşaqlara öyrədərkən onlardakı nitq qüsurları loqoped tərəfindən aşkarlanır və aradan qaldırılır.

Bundan başqa pedaqoq mövzu ətrafında uşaqlara çox saylı bilgilər verir,psixoloq isə təlimlər zamanı psixoloji problemi olan uşaqlarla iş aparır.Rəqs  üzrə dərnəklərdəki təlimlər həm qapalı məkanda,həm də açıq məkanda keçirilir.Açıq məkanda rəqslər Sumqayıt şəhər dənizkənarı parkda keçilir.

Açıq havada keçirilən təlimlər uşaqların cəmiyyətə inteqrasiya olunmasında böyük dəstəkdir.

Uşaqların dərnəklərdəki təlimlərə həvəslə qatılması onlarda  olan özgüvən hissini artırır,psixoloji gərginliyi azaldır və bundan sonra ictimai yerlərədə onların sosiallaşmasına təkan verir.Görülən işlər valideynlərdə böyük ruh yüksəkliyi yaradır. 

Övladlarında yaranan irəliləyişlərə görə valideynlər daim  Azərbaycan Respublıkasının Qeyri –Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə dərin təşəkkürlərini bildirirlər