Azərbaycan Milli Xalça Muzeyində uşaqlar üçün Zəfər günü Festivalı adlı şənlik keçirilib
05 noyabr, 21:46
443
Bu gün Azərbaycan Milli Xalça Muzeyində uşaqlar üçün Zəfər günü Festivalı adlı möhtəşəm şənlik keçirildi.
Festivalda "Dəvəli" xalçanın dəzgahdan kəsim mərasimi, klassik musiqi konserti və Kəlbəcərin məşhur Laçın rayon Qozlu kənd məktəblilərinin ifasında "Maral oyunu"göstərilib.
Festivalda "Əlilliyi olan şəxslərə sosial dəstək" ictimai birliyindən 15 uşaq iştirak edib. İştirakçılardan Əliyeva Nuray, Mustafayev İlfan, Ələkbərova Ceyran, Dadaşlı Aysu, Şəfəqətov Rəsul "Zəfər günü"nə həsr olunmuş şerlər səsləndiriblər. Tədbirin sonunda uşaqlar Azərbaycan Milli Xalça Muzeyindəki eksponatlarla tanış olublar.