Əlilliyi olan şəxslər 'Asiya Yeni il Sərgisi'ndə iştirak etdi
19 noyabr, 11:32
199
8-16 noyabr tarixlərində "Passaj 1901-də Asiya yeni il sərgisi" keçirilmişdir. Sərgidə Pakistan, Hindistan,İran ölkələri ilə yanaşı "Əlilliyi olan şəxslərə sosial dəstək" ictimai birliyinin nümayəndələri də iştirak edərək öz əl işlərini satmağa və sərgi boyunca yeni dostlar qazanmağa nail olmuşlar. Sərgidə 20-dən çox əlilliyi olan şəxs iştirak etmişdir. Bu da onların dünya görüşünün artmasına, öz güvən hissinin artmasına və maddi vəziyyətlərinin yaxşılaşmasına səbəb olmuşdur.