• Əlilliyi olan şəxslərə sosial dəstək İB
"Biz bir ailəyik - biz qalibik" adlı tədbir keçirilmişdir
26 noyabr, 20:44
824

Bakı şəhər Mədəniyyət Baş İdarəsinin, Azərbaycan Respublikası Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Gənclər və İdman Nazirliyinin Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tərəfdaşlığı ilə "Biz bir ailəyik" ictimai birliyi 26 noyabr 2022-ci il tarixdə Pulman Oteldə 3 Dekabr - Beynəlxalq Əlillər Gününə həsr edilmiş "Biz bir ailəyik - biz qalibik" adlı tədbir keçirmişdir.  Tədbirdə dövlət və QHT nümayəndələri iştirak etmişdir. Tədbirin ilk hissəsi intellektual yarışla başlamışdır. Yarışda 14 komanda iştirak etmiş, qalib komanda müəyyənləşərək  mükafatlandırılmışdır.  "Əlilliyi olan şəxslərə sosial dəstək" ictimai birliyinin nümayəndələri də "Sosial dəstək" komandası  adı ilə  Əlil Təşkilatları İttifaqını təmsil edərək 8-ci yeri qazanmışlar.
Tədbirin ikinci hissəsində əlilliyi olan şəxslərin ifasında mahnı və rəqslərlə yadda qalmışdır. İlk addımlarını atan "Biz bir ailəyik" ictimai birliyinin kollektivinə gələcək fəaliyyətlərində uğurlar diləyirik.