Birlik 2022-ci ilin yekunları, 2023-cü ildə görüləcək işlər barəsində iclas keçirib
21 yanvar, 15:24
397
"Əlilliyi olan şəxslərə sosial dəstək" ictimai birliyi 21.01.2023-cü il tarixdə İdarə heyətinin və Nəzarət Təftiş Komissiyasının iştirakı ilə iclas keçirib. İclası giriş sözü ilə birliyin sədri Təranə Musayeva açaraq 20 yanvar şəhidlərinin 1 dəqiqəlik sükutla yad edilməsini xahiş edib. Sonra o birliyin 2022-ci ildə gördüyü işlər barəsində danışıb. Sonra müzakirələr olub, idarə heyətinin üzvləri öz fikir və təkliflərini bildiriblər. Nəzarət Təftiş Komissiyası aparılmış təftiş işindən danışıb. Sonda 2023-cü ilin tədbirlər planı müzakirə olunub.