Səhiyyə TV pasiyent təşkilatları ilə əməkdaşlıq memorandumu imzalayıb
19 yanvar, 18:40
345
Səhiyyə TV pasiyent təşkilatları ilə əməkdaşlıq memorandumu imzalamağa davam edir. Növbəti memorandumlar Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyi, Bakı Müharibə Əlil və Veteranları İctimai Birliyi, Səhhət Fondu İctimai Birliyi, Əlillərin Beynəlxalq Əməkdaşlığı Cəmiyyəti İctimai Birliyi, İnklüziv Cəmiyyət Naminə İctimai Birliyi, Əlilliyi Olan Şəxslərə Sosial Dəstək İctimai Birliyi ilə imzalanıb.Səhiyyə TV-nin pasiyent təşkilatları ilə işləməsi əhalinin, o cümlədən həssas təbəqədən olan insanların səhiyyə problemlərinin həllində önəmli rolu olacağına təkan verəcək.