Bu gün “Seni” şirkəti və Türkiyənin Azərbaycanda fəaliyyət göstərən “bt Koçluk” məşqçiləri Burçin və Tuğba xanım qonağımız oldular. Onlar ofisimizdə olan əlilliyi olan uşaqların valideyinləri və yataq xəstələrinin yaxınları ilə psixoloji söhbət apararaq motivasiya etdilər. Gələcəkdə və hər zaman dəstək olmağa hazır olduqlarını bildirdilər. Sonra Seni şirkətinin nümayəndəsi Fəridə xanım hədiyyə üçün gətirdikləri məhsullar barəsində məlumatlandırma sesiyası apardı. Sonda “Seni” şirkəti gətirdiyi məhsulları siyahı üzrə payladı. “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi və “Seni” Şirkəti gələcək planlar barədə müzakirələr apard.