• Əlilliyi olan şəxslərə sosial dəstək İB
2 aprel Ümumdünya Autizm Marifləndirmə Gününə həsr olunmuş
03 aprel, 16:49
283

Ümumdünya Autizm Maarifləndirmə Günü 2008-ci ildən etibarən hər il aprelin 2-də qeyd edilir.  Bu məqsədlə  aprel ayı boyunca tədbirlər həyata keçirilir,   autizm sindromu barədə insanlar arasında marifləndirmə tədbirləri həyata keçirilir.
 "Əlilliyi olan şəxslərə sosial dəstək"İctimai Birliyi  2015-ci ildən "Bakı Qızıl At Terapevtik Tədris Mərkəzində" əlilliyi olan uşaqların sağlanlığını təmin edən at terapiyasını həyata keçirir. 03.04.2023-cü il tarixində də mərkəzin rəhbəri Sərxan Tağıyevin təşəbbüsü ilə 10 autizmli uşaq mərkəzə dəvət olunaraq layihədən bəhrələndi. Uşaqlar atlarla tanışlıqdan sonra terapiyada iştirak etdilər. Mərkəzə ilk dəfə gələn uşaqlarda terapiya böyük sevincə səbəb oldu. Uşaqlar və valideyinlər evə yüksək əhval ruhiyə ilə qayıtdı.  Bizə də gözəl qəlbinə xüsusi qayğıya ehtiyacı olan uşaqlara  xüsusi diqqət və qayğıya görə Sərxan müəllimə təşəkkür etmək düşür.  Terapiya 10 gün olmaqla aprel ayı boyunca nəzərdə tutulub.