• Əlilliyi olan şəxslərə sosial dəstək İB
Autizmlə Mübarizə İctimai Birliyinin 2 Aprel Ümumdünya Autizm Məlumatlandirma günuünə həsr edilmiş 3-cü Beynəlxalq Autizm kofransı keçirildi
02 aprel, 20:09
249

Autizmlə Mübarizə İctimai Birliyinin 2 Aprel Ümumdünya Autizm Məlumatlandirma günuünə həsr edilmiş 3-cü Beynəlxalq Autizm kofransı keçirildi. Beynəlxalq miqyasda qeyd olunan bu qlobal təşəbbüsə qoşulan təşkilat tərəfindən həmin gün Türkiyədən ,Amerikadan və ölkəmizdən dünya şöhrətli,təcrübəli ekspertlər ,dövlət qurumlarının nümayəndələri, fəxri qonaqlar, QHT-rəhbərləri, Autizm Spektri Pozuntusundan əziyyət çəkən lakin cəmiyyətə inteqrasiya olunmuş yeniyetmə və uşaqlar, onların valideynləri, bu sahədə çalişan həkimlər, mütəxəssislər və digər qonaqların iştiraki ilə möhtəşəm tədbir keçirildi .Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin eşitmə və nitq problemli yeniyetmələrin ifasında səslənən sədalari ilə açildi .Sonra həmin günün mahiyyəti olaraq 2 Aprel döyüşlərimizin ildönümü və canını Vətənimizin bütövlüyü uğrunda qurban vermiş müqəddəs Şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edildi .
Tədbiri giriş sözü ilə açiq elan edən iki autizmli övlad anası, Azərbaycanda Autizm sahəsində ilk Təşkilat yaratmış ,autizm sahəsində çox böyük işlər görmüş, qanunvericilikdə "autizm" probleminin yer almasına nail olmuş Çiçək Məmmədl çixiş etdi. O qonaqları salamladı, günün mahiyyəti, təşkilatin gördüyü işlər, bu sahədə ölkəmizdə görülmüs işlər və qarşida duran məsələlər haqqında məlumat verdi. Eyni zamanda tədbirin təşkilində böyük maddi, mənəvi dəstəyi olan Şirkətlərə, qurumlara:- Nobel İlaç Şirkəti, Seni Şirkəti, Sufle MMC Şiniyyat Şirkəti, Gilan Holding Şirkəti, Buta çay Şirkəti, Mədinə Reabilitasiya Mərkəzi, Meqapol Sağlamliq Mərkəzi, Gültex MMC Şikəti, Ağ Çiçəyim Şirkəti, Təşkilati dəstək verən Üzeyir Hacıbəyli adına Bakı Musiqili Akademiyası, DOST-Dayaniqli Operativ Sosial Təminat Mərkəzi, İSİM-İctimai Səhiyyə və İslahatlar Mərkəzinin rəhbərliklərinə təşəkkürlərini bildirdi.
Sonra cixiş üçün söz Autizmlə Mübarizə İB-nin İcraçı direktoru Samirə Mustafayevaya verildi. O günün tarixi mahiyyətini açiqladi və təşkilatin bu qlobal təşəbbüsə ilk qoşulduğunu və 2010-cu ildə H.Əliyev Fondunun, UNİCEF və Təşkilatimizin birgə layihəsi olan "Mavi işiqla işiqlandir"layihəsini icra edərək ilk dəfə Bakı Biznes Mərkəzinin mavi işiqla işiqlandiraraq Dünya ölkələrinə qoşuldugunu və həmin gündən indiyədək bu layihəni icra etdiklərini qeyd etmişdir.
Sonra Fəxri qonaqlar "Sağlamligin Qorunması İctimai Birliyi"nin sədri Yazgul Abdıyeva, Dost Agentliyinin Mətbuat Xidmətini rəhbəri Şahin Əliyev,  "Əlillər Təşkilati İttifaqi"nin Prezidenti Davud Rəhimli, Psixoterapevt, Elmi Lədun bilicisi Paşa Yaqub, "Əlil Qadınlar Cəmiyyəti"nin Rəhbəri Məhluqə Rəhimova, Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova,  Çocuq və gənc Psixiatristi Prof.Ayhan Bilgiç, Uzman Doktor, Yeniyetmə Psixiatrı Ceyhun Cəfərov, Tibb Üzrə Fəlsəfə Doktoru Ortopediatr, Uşaq pediatrı Ülviyyə Aslanova, Çocuq sağlığı və Hastalıkları Uzmanı Gelişimzel Pediatrist Doç.Dr.Reyhan Tamer, Tibb Elmləri Fəlsəfə Doktoru, Dosent,1 nömrəli Uşaq Reabilitasiya Mərkəzinin direktoru Nərgiz Əliyeva, House of Dreams"Cəmiyyətə İnteqrasiya Mərkəzinin direktoru, Autizmli şəxs Wilyam Peters, ADPU-nun İbtidai Təhsilin Pedaqogikası Kafedrasının Baş Müəllimi, Pedaqogika Üzrə Fəlsəfə Doktoru Gülşən Eminova, Ankara Universitetinin Özel Eğitim Bölümü Emekli Öyretim Üyesi Prof.Dr.Tehvide Karbon,Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyə klinikası, Urologiya Şöbəsinin müdiri, Uzman Doktor, Fəlsəfə Doktoru, Fikrət Əhmədov, Çocuq Noroloji Uzmanıı Doc.Dr.Bariş Ekici və digər mütəxəssislərinin genş təqdimatı dinlənildi.
Eyni zamanda tədbirdə cəmiyyətə inteqrasiya olunmuş Əli Feyzullayevin ifasinda "Azərbaycan oğluyam "mahnısı, Autizmdən əziyyət çəkən Nazimin bacarıqlarını əks etdirən video-rolikin nümayişi seyr edildi. Nahar fasiləsindən sonra Autizm Spektri Pozuntulu uşaqlarin və digər bacarıqlı uşaqlarrin birgə iştirak etdiyi animasiyalı "Tıq-tıq"xanım nağılının cizgi filmi nümayis edildi.Tədbirdə xüsusi təsis edilmiş "Autizmlə Mübarizə" medalınin təqdimatı oldu.
"Pantomimo" aktyorunun ifasında autizmə sevgi, ilgi verərək qalib gəlmək mövzusunu əks etdirən çıxışı seyr edildi. Tele-jurnalist, qirətçi Pərvin İsmayılzadənin cixişi dinlənildi .
Tədbirdə valideynlərin, mütəxəssislərin və digər qonaqların sualları cavablandırıldı. Sonda xatirə şəkilləri çəkildi.