• Əlilliyi olan şəxslərə sosial dəstək İB
Azərbaycan Milli Platforması Vəkillik strategiyası ilə bağlı 3 günlük təlimə başlayıb
27 aprel, 16:27
115

Bu gün Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platforması Bakı şəhərində vəkilli strategiyası ilə bağlı 3 günlük təlimə start verib. 
Hüquq və İnsan Haqları İnstitunun ofisində keçirilən təlim peşəkar ekspert, Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova tərəfindən aparılır. Tədbirdə vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri və hüquq müdafiəsi sahəsinə maraq göstərən gənclər iştirak edib. 


3 günlük Vəkillik strateqiyası təlimində iştirakçılara vəkillik alətləri ilə məşğul olmaq vərdişləri veriləcək. Həmçinin onlara təmsil etdikləri QHT-lər üçün öz kampaniya strategiyalarını planlaşdırmağa kömək ediləcək. 


Təlim proqramı Azərbaycandakı vətəndaş cəmiyyəti təşkilatlarını öz təşkilatlarının mandatını dəstəkləmək üçün mövcud vasitələrdən necə yararlanmaq və daha sonra kampaniyaları üçün müvafiq strategiyanı necə inkişaf etdirmək üzrə bacarıqlarını artırmaq məqsədi daşıyır. 


Qeyd edək ki, təlim qarşıdakı 2 gündə də davam edəcək.