Bu gün Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platformasının Bakı şəhərində keçirdiyi Vəkillik strategiyası ilə bağlı təlim davam etdirilib.
Hüquq və İnsan Haqları İnstitunun ofisində keçirilən təlim peşəkar ekspert, Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova tərəfindən aparılıb.
Təlimin ikinci günündə iştirakçılara İctimai Vəkillik kampaniyasının aparılması zamanı problemin qoyuluşu, informasiyanın toplanması, kampaniya üçün seçim meyarları, ictimai vəkillik kampaniyası zamanı məqsəd və vəzifələrin müəyyənləşdirilməsi, hədəf auditoriyalarının seçilməsi yolları ilə bağlı məlumat verilib.
Təlim iştirakçıları öyrəndikləri nəzəri bilikləri, qrup işləri ilə möhkəmləndirib.