• Əlilliyi olan şəxslərə sosial dəstək İB
Üç günlük Vəkillik strategiyası təlimi yekunlaşdı
29 aprel, 17:30
161

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platformasının Bakı şəhərində keçirdiyi 3 günlük Vəkillik strategiyası təlimi yekunlaşıb. 


Hüquq və İnsan Haqları İnstitunun ofisində keçirilən təlim peşəkar ekspert, Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova tərəfindən aparılıb. 


Təlimin üçüncü  günündə iştirakçılara İctimai Vəkillik kampaniyasının əsas strategiyası, İctimai Vəkillik zamanı səmərəli strategiya və onun taktiki növləri, strateji sənədlərin növləri barədə məlumat verilib. 


Təlim iştirakçıları öyrəndikləri nəzəri bilikləri, qrup işləri ilə möhkəmləndirib. 


Üç günlük təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.