• Əlilliyi olan şəxslərə sosial dəstək İB
5 may - Beynəlxalq Əlillərin Hüquqlarının Müdafiəsi Günüdür.
05 may, 10:48
818

Mayın 5-ni dünya ictimaiyyəti Beynəlxalq Əlillərin Hüquqlarının Müdafiəsi Gününü qeyd edir. Bu tarix 1992-ci ilə təsadüf edir, mayın 5-də Avropanın 17 ölkəsində əlilliyi olan insanlar eyni vaxtda əlilliyi olan insanlar üçün bərabər hüquqlar uğrunda, fiziki, əqli və hissiyyat çatışmazlığı olan insanlara qarşı ayrı-seçkiliyə qarşı mübarizə günü keçirdilər. Həmin vaxtdan belə tədbirlər ənənəvi hal alıb və mayın 5-də də keçirilir.

Bu günün məqsədi geniş ictimaiyyətin diqqətini əlilliyi olan insanların hüquqlarının müdafiəsi ilə bağlı problemlərə cəlb etməkdir.

Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, dünyada 1 milyarddan çox insan bu və ya digər formada əlilliyə malikdir ki, bu da dünya əhalisinin təxminən 15%-nə bərabərdir. Bunlardan 100 milyondan çoxu əlilliyi olan uşaqlardır.

Dövlət Statistika Komitəsinin 2022-ci il üçün məlumatına görə Azərbaycanda əlilliyi olan şəxslərin sayı 559 173 nəfərdir  (ümumi əhalinin 5,6%).  Bunlardan 55 782 (ümumi əoş-ların 9,9%) əlilliyi olan uşaqlardır. 

Azərbaycan Respublikası 2008-ci ildən BMT-nin “Əlilliyi olan şəxslərin hüquqalrı” haqqında Konvensiyaya qoşulmuşdur. 2018-ci ildə “Əlilliyi olan şəxslərin hüquqları” haqqında Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş, müvafiq hüquqi-normativ sənədlərdə dəyişikliklər və əlavələr edilmişdir.

Prezident İlham Əliyevin imzaladığı Fərman və Sərəncamlar 2023-cü il üzrə yeni sosial islahat paketi çərçivəsində əhalinin rifahının yaxşılaşdırılması istiqamətində mühüm dəyişiklikər olmuşdur.

Son bir ildə 130 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunubÖtən il sosial müavinətlər üzrə 37 faiz çox olmaqla 806 mln. manat, Prezident təqaüdləri üzrə 30 faiz çox olmaqla 541 mln. manat ödənilib.

Son bir ildə 16,1 min şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb.

Lakin nailiyyətlərlə bərabər əlçatan ətraf mühitin yaradılması, inklüziv təhsilin tətbiqi sahələrində problemlərin həllinə ehtiyac vardır.