15 iyun, 12:11
183
26 may 2023-cü il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsi, “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsinə dair qrant müsabiqəsi və 2023-cü il kiçik qrant müsabiqəsinin nəticələrini elan edib. Birliyimiz tərəfindən 2023-cü il kiçik qrant müsabiqəsinə təqdim olunmuş “Uşaq serebrial iflicindən əziyyət çəkən uşaqların valideyinlərinə müalicəvi masajın öyrədilməsi” layihəsi qalib olmuşdur.
Layihənin əsas məqsədi Uşaq Serebrial İflicindən (USİ) əziyyət çəkən uşaqların reablitasiyasının davamlı olmasını təmin etmək, ailələrə dəstək olmaq, müalicəvi masajı valideyinlərdən birinə öyrətməklə ailələrin qarşılaşdıqları problemləri azalaltmaq, reablitasiyanın davamlılığını artırmaq və eyni zamanda övladının sağlamlığı ilə əlaqədar işləyə bilməyən valideyinlərə yeni peşə öyrətməklə onların məşğulluğuna şans yaratmaq, ailələrin maddi vəziyyətinin yaxşılaşmasına səbəb olmaqdır.
Layihəyənin icrasına hazırlıq işlərinə başlanıb.