Əlilliyi olan şəxslərə sosial dəstək" İctimai Birliyi 2023-cü ildən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində Şövkət Məmmədova adına Opera studiyası ilə əməkdaşlığa başlayıb. Studiya əlilliyi olan insanları tez-tez maraqlı tamaşalara dəvət edir. 18 iyun 2023-cü il tarixində də Opera studiyasında "Dünya ətrafında" adlı lazer işıq şousu göstərilib. Tamaşaya əlilliyi olan uşaqlardan 3-ü öz ailə üzvləri ilə birlikdə 8 nəfər getmişdir. Maraqlı tamaşa uşaqların yaddaşında silinməz iz buraxıb.
Birlik tərəfindən əlilliyi olan şəxslərə və uşaqlara xüsusi diqqət ayırdıqlarına görə SSRİ xalq artisti, Azərbaycan SSR xalq artisti, Azərbaycan SSR Dövlət mükafatı laureatı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Şəmsi oğlu Bədəlbəyliyə, Azərbaycan Respublikasının əməkdar artisti, Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akadmeiyasının nəzdnində Şövkət Məmmədova adına Opera studiyasının direktoru Səbinə Çingiz qızı Əsədovaya və yüksək mədəni və insani keyfiyyətlərə malik Zaur Üzeyir oğlu Əliyevə təşəkkürnamələr verilib.