• Əlilliyi olan şəxslərə sosial dəstək İB
Musiqili Teatrda mövsümün bağlanışı olub
20 iyul, 23:26
213

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının 113-cü mövsümü başa çatıb.

Bu məqsədlə 20 iyul saat 19:00-da keçirilən bağlanış mərasimində Ulu öndər Heydər Əliyevin 100 illik, peşəkar milli teatrımızın 150 illik yubileyinə həsr olunan "Sən elə bir zirvəsən!.." tamaşası nümayiş olunub.
Tamaşanın bədii rəhbəri teatrın direktoru Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Afər Tağıyevadır.
Musiqili tarixi-esse kimi hazırlanan bu səhnə əsərində teatrın solistləri Əməkdar artistlər Fərid Əliyev, Səidə Şərifəliyeva, Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar Aydan Həsənova, Hidayət Əliyev, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallı, həmçinin teatrın xor və balet heyətinin üzvləri iştirak ediblər.
Tamaşaya "Əlilliyi olan şəxslərə sosial dəstək"ictimai birliyindən 40 nəfər  dəvət alıb.  Möhtəşəm  mövsüm sonu alqışlarla başa çatıb. 
Qeyd edək ki, Musiqili komediya teatrı  teatr mövsümündə "Əlilliyi olan şəxslərə sosial dəstək"ictimai birliyinin üzvlərini 50 yə yaxın tamaşaya dəvət edib.