• Əlilliyi olan şəxslərə sosial dəstək İB
“Uşaq serebral iflicindən əziyyət çəkən uşaqların valideyinlərinə müalicəvi masajın öyrədilməsi” layihəsinin təlimlərinə start verildi
21 avqust, 19:51
1072

“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi  01 avqust 2023-cü il tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq serebral iflicindən əziyyət çəkən uşaqların valideyinlərinə müalicəvi masajın öyrədilməsi” layihəsinə başlamışdır.
Layihənin əsas məqsədi uşaq serebral İflicindən (USİ) əziyyət çəkən uşaqların reablitasiyasının davamlı olmasını təmin etmək, ailələrə dəstək olmaq, müalicəvi  masajı öyrətməklə ailələrin qarşılaşdıqları problemləri  azalaltmaq,  reablitasiyanın davamlılığını artırmaq və eyni zamanda övladının sağlamlığı ilə əlaqədar işləyə bilməyən valideyinlərə yeni peşə öyrətməklə onların məşğulluğuna şans yaratmaq, ailələrin maddi vəziyyətinin yaxşılaşmasına səbəb olmaqdır.
   USİ diaqnozlu uşaqların masajı  mütəmadi olaraq aparıldıqda müsbət nəticə əldə etmək olur. Müalicəvi masaj reablitasiyanın əsas funksiyalarından biridir. Reablitasiya növbəlilik əsasında aparıldığından reablitasiya olunmuş uşağın növbəti reablitasiyası aylarla, çox vaxt illərlə dayanır və yeni növbə çatana kimi öz   keyfiyyətini itirir,  uşaqda yenidən geriləmə, əvvəlki vəziyyətə qayıtma halları baş verir. Özəl reablitasiya mərkəzlərinin xidmətlərindən istifadə etməyə isə ailələrin maddi imkanı olmur. USU uşaqları reablitasiyaya aparıb gətirmək üçün şəhər nəqliyyatından istifadə etmək çox əziyyətlidir, taksi xidmətindən istifadə etmək də ailənin maddi vəziyyətinə ciddi təsir göstərir. Bu isə valideyinin və uşağın əziyyət çəkməsinə, vaxt itkisinə,  uşağın yenidən geriləməsinə və ruh düşgünlüyünə səbəb olur.
Uşaq serebral iflicindən əziyyət çəkən uşaqların valideyinlərindən birinin  müalicəvi masaj öyrənməsi ilk növbədə bu uşaqların səhhətinə, ailə büdcəsinə, vaxt itkisinin qarşısının alınmasına səbəb olacaq. Bu da müalicənin keyfiyyətinin artmasına, davamlılığına və valideyinin yeni bir peşə öyrənərək ailə büdcəsinə qənaət etməsinə və gəlir gətirməsinə səbəb olacaq. Bununla da valideyinlərdə özgüvən artacaq motivasiya olacaqlar və layihənin davamlılığına səbəb olacaq. Bundan başqa layihədən bəhrələnən valideyinlər digər valideyinlərə də masaj haqqında məlumatlar ötürərək məlumatlandıracaqlar.
Layihə 31 oktyabr 2023-cü il tarixinədək davam edəcək və layihənin sonunda valideyinlərə diplom və sertifikatlar təqdim olunacaq.