• Əlilliyi olan şəxslərə sosial dəstək İB
Serebral iflicli uşaqların anaları üçün təlim davam davam edir
22 sentyabr, 16:30
192

Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən "Uşaq serebrial iflicindən əziyyət çəkən uşaqların valideyinlərinə müalicəvi masajın öyrədilməsi” layihəsinin 10-cu təlim günü əyani surətdə keçib. Təlimə gətirilmiş 2 uşaq üzrərində Bakı Masaj Məktəbinin rəhbəri həkim Aynur Əhmədova tərəfindən müayinələr aparılmış, hər xəstəliyə görə uşaqların üzərində fərqli masaj olunmasının üsulları bütün detalları və incəlikləri ilə izah olunmuşdur. Sonra valideyinlər öyrəndiklərini uşaqların üzərində tətbiq etməyə başlamışlar. Həkim Aynur Əhmədova masajda yanaşma növləri və incəliklərini göstərərək valideyinləri maraqlandıran sualları cavablandırmışdır.
 Əminik ki, layihənin uzun müddət təsiri olacaq və layihəyə qoşulan analar uşaqlarına asanlıqla yardım edə biləcək.
Təlimin sonunda layihənin tərəfdaşı olan Seni şirkəti layihə iştirakçılarına Seni məhsulları haqqında marifləndirici məlumat vermiş, "Seni" Şirkətinin məhsullarını hədiyyə etmişdir.
Layihə 31 oktyabr 2023-cü il tarixinədək davam edəcək.
#Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
#layihe
#masaj
#Agentlik
#Elilliyiolanushaqlar