11 oktyabr, 22:09
133
Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən "Uşaq serebrial iflicindən əziyyət çəkən uşaqların valideyinlərinə müalicəvi masajın öyrədilməsi” layihəsinin 18-ci təlim gününə çatdıq. Valideynlərə masajın sirləri öyrədilir, xırdalıqlar başa salınır. Təlimçi Bakı masaj məktəbinin təsisçisi həkim Aynur Əhmədova masajla bərabər müalicəvi idman barədə də analara məlumat verdi. İştirakçıların bitib tükənməyən sualları təlimçini yorsa da o bütün suallara səbr və təmkinlə cavab verərək , anaların daha çox mariflənməsinə çalışır.