Azərbaycan Universiteti, ABŞ-ın Sent Louis Vaşinqton Universiteti, Türkiyənin Sakarya Universiteti və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə 24-25 noyabr 2023-cü il tarixlərində keçirilən “Social Work & Social Research” beynəlxalq elmi konfransı işini yekunlaşdırıb.
Azərbaycan Universitetinin ev sahibliyi ilə təşkil olunan iki günlük konfransda böhran dövründə sosial iş təcrübəsi, sosial iş təhsilinin inkişafı, bu sahədə beynəlxalq standartların yaradılması, həssas qrupların sosial müdafiəsi və bu kimi digər məsələlər diqqət mərkəzində olub.
Millət vəkilləri, dövlət təşkilatları, təhsil və elm ictimaiyyəti, ali təhsil müəssisələri, kolleclər, elmi-tədqiqat institutları, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbir beynəlxalq elmi mühit tərəfindən də böyük maraqla qarşılanıb. 10-dan çox ölkədən 40-a yaxın alim konfransda iştirak edib, zoom platforması vasitəsilə isə 40-a yaxın ölkədən iştirakçı konfransın işinə qoşulub.
"Social Work & Social Research" (Sosial İş və Sosial Tədqiqat) ikigünlük beynəlxalq elmi konfransın bölmə iclaslarında Sosial iş təhsili sahəsində səriştələrin, yeni bacarıqların və qlobal standartların yaradılması; Davamlı inkişaf və sosial iş təhsili; Sosial iş təhsilində rəqəmsallaşma və İKT; İctimai səhiyyə böhranı; Müharibədən zərərçəkənlər və hərbçilərlə sosial iş; Həssas qruplar və sosial müdafiə kimi mövzular müzakirə olunub.
#AzərbaycanUniversiteti
#AzerbaijanUniversity
#AU
#Konfrans
#SocialWorkAndSocialResearch