Hər il olduğu kimi bu il də Heydər Əliyev Sarayının rəhbərliyi müraciətimizi nəzərə alaraq balaca üzvlərimizin "Yeni il" şənliyinə tamaşa etməsinə dəstək oldu. Bu gün uşaqlarımız maraqlı gün keçirtdilər. Bu gün onların yaddaşında maraqlı iz buraxdı. Əlilliyi olan şəxslərə, o cümlədən uşaqlara göstərilən xüsusi diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Heydər Əliyev Sarayının direktoru cənab İlham Qasımova və Heydər Əliyev sarayının bütün əməkdaşlarına dərin minnətdarlığımızı bildiririk.