27 yanvar, 19:18
147
27.01.2024-cü il tarixində "Əlilliyi olan şəxslərə sosial dəstək" ictimai birliyinin 2023-cü ilin yekunları, 2024-cü ildə görüləcək işlər haqqında iclası keçirilib. İclası giriş sözü ilə açan birliyin sədri Təranə Musayeva iştirakçıları salamlayaraq 2023-cü ildə görülmüş işlər barəsində məlumat verib. O qeyd edib ki, 2023-cü il ərzində əlilliyi olan şəxslərə 4011 sosial yardım göstərilib. Sonra o birliyin maliyyə vəziyyəti, çətinliklər və görülməsi planlaşdırılan layihələrdən danışıb. İclasın sonunda T. Musayeva iştirakçıların və üzvlərin 07 fevral 2024-cü il tarixdə növbədənkənar prezident seçkilərində fəal iştirak etməsini tövsiyyə edib.