• Əlilliyi olan şəxslərə sosial dəstək İB
 "Psixoloji və nevroloji araşdırma konfransı  " təşkil olundu
17 fevral, 23:07
183

17 fevral 2024 -cü ildə Ahəng Psixologiya reabilitasiya inkişaf mərkəzinin və Məlhəm beynəlxalq hospitalının təşkilatçılığı ilə "Psixoloji və nevroloji araşdırma konfransı  " təşkil olundu .Tədbirdə millət vəkilləri Jalə Əhmədova və Vüqar İsgəndərov çıxış edirdilər.Onlar da son dövrdə psixoloji və nevroloji problemlərin hansı səbəbdən olduğuna dair maraqlı fikirlər söylədilər.Tədbir maarifləndirmə xarakteri daşıyırdı.Konfransda ziyalılar , həkimlər , psixoloqlar , könüllülər , tələbələr iştirak edirdilər.Mərkəzin rəhbərləri fəaliyyətləri barədə məlumatlar verdilər.Dörd spikerin iştirakı ilə konfrans uğurla davam etdi.Sonda suallara cavab verildi və sertifikatlar təqdim olundu.