• Əlilliyi olan şəxslərə sosial dəstək İB
Balaca Yazarlar Birliyinin yeni 4-cü kitabının təqdimatı keçirilib
06 mart, 12:22
131

Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında Balaca Yazarlar Birliyinin yeni kitabının təqdimatına həsr olunmuş tədbir keçirilib.

Fəaliyyətdə Səbail rayon AMK İncəsənət Gimziyasının müəllim və şagird heyəti, ədəbiyyatşünas, yazar Aysel Fikrət və "Əlilliyi olan şəxslərə sosial dəstək" ictimai birliyinin sədri Təranə Musayeva  iştirak edib. Balaca Yazarlar Birliyinin yeni 4-cü kitabının təqdimatı keçirilib. Tədbirdə  Balaca Yazarlar Birliyinin üzvlərinin çıxışları oldu.Yeni kitab inklüziv uşaqlara həsr olunub.
Kitabda nəşr olunan “Mənim həyat hekayəm” adlı hekayəsinin müəllifi, balaca yazar Safura Mustafayevaya Balaca Yazarların “Dost mükafatı” və kitab hədiyyə edildi.