• Əlilliyi olan şəxslərə sosial dəstək İB
QHT-nin layihəsi 2024-cü il üzrə  kiçik qrant müsabiqəsinin qalibi oldu
19 mart, 14:48
171

10 oktryabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi tərəfindən qrant müsabiqəsi elan olunmuşdur.Qrant müsabiqələrində iştirak üçün rekord sayda – 800-ə yaxın QHT-dən müraciət olunsa da 413 ictimai birliyin layihəsi qalib elan olunmuşdur. Bu layihələr arasında "Əlilliyi olan şəxslərə sosial dəstək" ictimai birliyinin təqdim etdiyi "İlkin tibbi yardımı hamı bilməlidir" layihəsi qalib layihə olmuşdur . Layihədə əlilliyi olan uşaqların valideynlərinin tibbi biliklərinin artırılması nəzərdə tutulub. Qeyd edək ki,  birlik 2023-cü ildə “Uşaq serebral iflicindən əziyyət çəkən uşaqların valideyinlərinə müalicəvi masajın öyrədilməsi” layihəsini uğurla icra etmişdir.