• Əlilliyi olan şəxslərə sosial dəstək İB
 “İlk tibbi yardım” layihəsinin icrasına başlanmışdır
01 avqust, 10:24
211

“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi  01 avqust 2024-cü il tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İlk tibbi yardım” layihəsinin icrasına başlamışdır.
Layihənin məqsədi əlilliyi olan uşaqların analarını tibb kurslarına cəlb etməklə tibbi savadlılığını artırmaq, əlilliyi olan uşaqların sağlamlığının yaxşılaşdırılmasına və cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır.
Layihə müddətində valideynlərə  tibb mütəxəssisi tərəfindən 30 təlim keçiləcək. Təlimlərdə :- İnsan anatomiyası, endokrin vəzilər, aseptika antiseptika, yataq xorası olan xəstələrə qulluq və yataq xoralarının profilaktikası, bədən temperaturu və onun ölçülməsi, qızdırma, nəbzin müayinəsi, arterial təzyiqin ölçülməsi, buz qovuqları, qanburaxma, qanın tərkibi, qan qrupları, qanaxma, mədə və ağciyər qanaxmaları, burun qanaxması zamanı  İlk yardım, yanıqlar  İlk  yardım, epileptik tutma və tutma (bayılma) zamanı ilk yardımın təşkili, koma və onun növləri, hiperqlikemik və hipoqlikemik koma zamanı ilk yardım, günvurma, istivurma, İlan sancması zamanı ilk yardım, zəhərlənmə, növləri. Bu zaman göstərilən ilk yardım, Tənəffüs yollarında yad cisim qalarkən göstərilən ilk yardım, Ürək- ağciyər reanimasiyası, İnyeksiyalar (dəridaxili, dərialtı, əzələdaxili inyeksiyalar) dərmanalrın yeridilmə yolları, vena daxili inyeksiyalar, vena daxilinə məhlulların damcı üsulu ilə yeridilməsi, vazofiksin qoyulma qaydası, İnyeksiya ağırlaşmaları, anafilaktik şok, tənəffüs sistemi üzvlərinin xəstəliklərində təsadüf edilən əsas əlamətlər, kəskin pnevmoniya, həzm traktı üzvlərinin xəstəliklərində təsadüf edilən əsas əlamətlər, qastritlər, xora xəstəliyi, şəkərli diabet, ürək-damar sistemi üzvlərinin xəstəliklərindəki əsas əlamətləri, hipertoniya xəstəliyi, hipertonik kriz, ilk yardım, miokard infarktı, tibbi etika, tibbi deontologiya və s.tədris ediləcək.
 “SENİ” Şirkəti layihənin tərəfdaşıdır və təlimlərin foto-video çəkilişini təmin edəcəkdir.
Layihə müddətində 2 qiymətləndirmə aparılacaq və sonda valideynlər imtahan verəcək.   Layihənin sonunda tədbir təşkil olunaraq iştirakçılara sertifikatlar təqdim olunacaq.   
Layihə 31 oktyabr 2024-cü il tarixinədək davam edəcək.