“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, tibbi şirkət olan "Seni" Şirkətinin tərəfdaşlığı ilə 01 avqust 2024-cü il tarixindən “İlk tibbi yardım” layihəsinin icrasına başlayıb.
Layihənin məqsədi əlilliyi olan uşaqların analarını tibb kurslarına cəlb etməklə tibbi savadlılığını artırmaq, əlilliyi olan uşaqların sağlamlığının yaxşılaşdırılmasına və cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır.
Layihənin ilk təlimi 13.08.2024-cü ildə keçirilib. İlk olaraq birliyin rəhbəri Təranə Musayeva iştirakçıları salamlayaraq, onlara layihə haqqında məlumat vermiş, layihənin icrasına maliyyə vəsaiti ayıran Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və layihənin icra olunmasına şərait yaratdığı üçün “Bakı Masaj Məktəbi”nin direktoru Aynur Əhmədovaya öz təşəkkürünü bildirmişdir. Sonra iştirakçılar və təlimçi arasında tanışlıq olub və təlimlərə start verilib. Təlimçi Şəhla Hacıyeva 1-ci mövzuya uyğun olaraq İnsan bədənindəki əsas boşluqlardan, onurğa stunu və s. barədə geniş məlumat verib. Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.