15-17 avqust 2024-cü il tarixlərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Şamaxı şəhərində “QHT-lərin V İnkişaf və Mübadilə Proqramı” təşkil olunmuşdur. Proqramda 100-ə yaxın qeyri-hökumət təşkilatının nümayəndəsi iştirak etmişdir. Proqramın giriş hissəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva çıxış edərək iştirakçıları salamlamış və proqramın işinə uğurlar arzulamışdır. İştirakçılar V Mübadilə proqramı ilə tanış edilmiş və iştirakçılara "Layihələrin hazırlanması və icra mərhələləri", "Dataların yığılması və təhlil", "Layihənin məqsəd və vəzifələrinin müəyyən edilməsi", "Qərar qəbul etmək üçün məlumatların toplanması və təhlili", Layihənin məqsəd və vəzifələrinin müəyyən edilməsi, Layihə tərəfdaşlarının, hədəf qruplarının və benefisiarlarının təyin edilməsi, onların gözləntiləri və problemin müəyyən edilməsi istiqamətində təlimlər təşkil olunmuşdur. İştirakçılar üçün asudə vaxtın təşkili üçün gözəl proqramlar təşkil edilmiş, iştirakçılar qədim Şamaxının tarixi ilə tanış olmuş, Şamaxı rayonu Dəmirçi Arxeologiya muzeyi ilə, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ilə tanış olmuşlar.
Bundan başqa iştirakçılar üçün digər maraqlı proqramlar təşkil olunmuşdur. Proqramın sonunda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və müşahidə şurasının üzvləri çıxış edərək iştirakçılara sertifikat təqdim etmişlər. Proqramın sonunda iştirakçı QHT təmsilçiləri həmrəylik flaşmobu təşkil etmişdir. Proqram öz möhtəşəmliyi ilə iştirakçıları məmnun etmiş və hər bir nümayəndə öz xoş təəssüratını bölüşərək minnətdarlığını bildirmişdir.
Biz də möhtəşəm tədbirə, göstərilən diqqətə, səmimiliyə, mehribanlığa və qayğıya görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevaya və Agentliyin əməkdaşlarına səmimi minnətdarlığımızı bildiririk.
#QHT #NGO #QhtAgentliyi #NgoAgency #İnkişafvəMübadiləProqramı #Flaşmob