24 avqust 2024-cü il tarixdə “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda "Əlilliyi olan şəxslərə sosial dəstək" ictimai birliyi “Təbiətin gözəlliklərini kəşf et!” adlı tədbir təşkil edib. Tədbir "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunub. Tədbirdə əlilliyi olan uşaqların ifasında şerlər, mahnılar və tamaşa təqdim edilib. Foyedə təbiət mövzusunda rəsmlər sərgilənib, əl işlərinin satış-sərgisi təşkil edilib. Tədbir inkluziv olaraq keçirilib, bu da əlilliyi olan uşaqların sosiallaşmasını, cəmiyyətə inteqrasiyasını asanlaşdıraraq motivasiyanın yaranmasına səbəb olub. Təqdim edilən tamaşa insanları təbiəti qorumağa səsləyib. Bu da iştirakçı və tamaşaçılara ötürülən bir mesaj olub.
Tədbirin təşkilinə dəstək olduğu üçün
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə heyətinin sədri Murad Ağabəyliyə və “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun rəhbərliyinə öz təşəkkürümüzü bildiririk.