Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Əlilliyi olan şəxslərə sosial dəstək" İctimai Birliyinin qeydiyyatında olan uşaq və gənclər (onları müşayiət edən şəxslərlə), könüllülər, tibb personalı ilə birlikdə Şüvəlan qəsəbəsində yerləşən Respublika Uşaq İstirahət və sağlamlıq mərkəzində yay düşərgəsinə başlayıb. Düşərgədə uşaq və gənclərə, valideynlərə Tibbi marifləndirmə , inkluziv təhsil, Əlilliyi olan şəxslərin tibbi avadanlıq və dərman pereparatları barədə məlumatlandırılması, əlilliyi olan şəxslərin hüquqları haqqında marifləndirici təlimlər, ustad dərsləri keçiriləcək, idman saatı və şən saat təşkil olunacaq. Düşərgə 1 həftə davam edəcək. Bu da əlilliyi olan uşaq və gənclərin cəmiyyətə inteqrasiyasına, sosiallaşmasına, ailələrin mariflənməsinə səbəb olacaq.
Əlilliyi olan uşaq və gənclər üçün bu şəraiti yaradaraq onlara qayğı göstərdiyi üçün Azərbaycan Respublikasının Gənclər və İdman Nazir naziri cənab Fərid Qayıbova öz minnətdarlığımızı bildiririk.
#AZEyouth #birkimibirlikdə
#düşərgə #istirahət #lager