“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi 01 avqust 2024-cü il tarixdən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İlk tibbi yardım” layihəsinin icrasına başlamışdır.
Layihənin məqsədi əlilliyi olan uşaqların analarını tibb kurslarına cəlb etməklə onların tibb mariflənməsinə, tibbi savadlılığının artırılmasına və bu yolla əlilliyi olan uşaqların sağlamlığının yaxşılaşdırılmasına, eyni zamanda cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır.
Mütəxəssislərlə tərtib olunmuş proqram əsasında layihə müddətində valideynlərə 30 təlim keçiləcək. Artıq layihənin 23 təlimi icra olunub. Təlimlərdə:- İnsan anatomiyası, endokrin vəzilər, aseptika antiseptika, yataq xorası olan xəstələrə qulluq və yataq xoralarının profilaktikası, buz qovuqları, qanburaxma, qanın tərkibi, qan qrupları, qanaxma, mədə və ağciyər qanaxmaları, burun qanaxması zamanı İlk yardım, yanıqlar zamanı İlk yardım, epileptik tutma və tutma (bayılma) zamanı ilk yardımın təşkili, şəkərli diabed, koma və onun növləri, hiperqlikemik və hipoqlikemik koma zamanı ilk yardım, tənəffüs yollarında yad cisim qalarkən göstərilən ilk yardım, günvurma, istivurma, İlan sancması zamanı ilk yardım, zəhərlənmə, növləri və digər xəstəliklər haqqında təlimlər icra olunub, bu xəstəliklər zamanı ilk tibbi yardımın göstərilməsi öyrədilib. Bundan başqa analara bədən temperaturu və onun ölçülməsi, nəbzin müayinəsi, arterial təzyiqin ölçülməsi, şəkərin qlükometr aparatı ilə ölçülməsi, əzələ daxili və damar inyeksiyaları, sistemin qoşulması, vazofiksin qoyulması öyrədilib və bu zaman tələb olunan protokol qaydaları, eləcə də proqramda olmayan sarğıların qoyulması, qulağa yad cisim düşərkən onun xaric edilməsi öyrədilib.
Təlimlər zamanı anaların öyrəndikləri biliklər əvvəlcədən hazırlanmış suallarla yoxlanılmış və praktik məşğələlərlə biliklərini təkmilləşdirmək üçün geniş imkanlar yaradılmışdır. Hər bir iştirakçı nəzəri bilikləri təcrübədə tətbiq etməklə, tibbi prosedurlarda özünəinamlarını artırmışdır.
Təlimlər çərçivəsində əldə edilən nəticələr layihənin uğurla davam etdirildiyini, anaların isə tibbi sahədə yüksək dərəcədə bilik və bacarıq qazandıqlarını təsdiqləyir.
Layihə 31 oktyabr 2024-cü il tarixədək davam edəcək.
#QHT #NGO #QhtAgentliyi #NgoAgency #Layihə