Hər 3 müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2024-cü il noyabrın 25-də başlanacaq. Müraciət üçün son tarix 25 dekabr 2024-cü ildir.
Bundan sonra QHT-lərdən toplanmış layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək.
Müsabiqənin nəticələri 2025-ci ilin I rübü ərzində elan olunacaq.
Qrant məbləğlərinin yuxarı həddi və icra müddəti
- Kiçik qrant müsabiqələri üzrə: 15000 manat (icra müddəti 6 ayadək);
- Orta qrant müsabiqəsi üzrə: 30000 manat (icra müddəti 9 ayadək);
- Böyük qrant müsabiqəsi üzrə: 50000 manat (12 ayadək).
QHT geniş seçim imkanına malikdir, layihə təklifinin kiçik, orta, yoxsa böyük qrant müsabiqəsinə uyğunluğunu özü sərbəst müəyyən edir, hətta bütün müsabiqələrə uyğun fərqli layihələr təqdim etməkdə məhdudiyyət yoxdur. Lakin nəzərə alınmalıdır ki, Agentlik eyni QHT-nin təqvim ili ərzində kiçik, orta və böyük qrant müsabiqələri üzrə yalnız 1 layihəsini maliyyələşdirilə bilər. QHT-nin seçimini düzgün aparması, 1 layihə təklifi üzrə kiçik, orta və böyük qrant müsabiqələrindən yalnız birinə müraciət etməsi arzuolunandır.
Müsabiqələr aşağıdakı kateqoriyalar üzrə mövzuları ehtiva edir
A. İdeoloji təhlükəsizlik, hibrit təhdidlərə qarşı mübarizə
(ideoloji təxribatlara qarşı profilaktika, zərərli xarici təsirlərə qarşı sayıqlılığın artırılması, uşaqların və gənc nəslin milli ruhda tərbiyəsinə, yüksək ənənəvi dəyərlərin qorunmasına dair təşəbbüslərə üstünlük verilir);
B. İqlim dəyişmələrinin fəsadları ilə mübarizə, COP29-un qlobal mirası
(Ekoloji yönümlü mövzulara (hidrotəhlükəsizlik və s.), COP29-un qlobal mirasına dair beynəlxalq təşəbbüslərə üstünlük verilir);
C. Qərbi Azərbaycana qayıdış: maddi-mədəni irs və hüquqlar
(xarici QHT-ləri tərəfdaşlığa cəlb etməklə xarici ölkələrdə konfransların, beynəlxalq və regional təşkilatlarda yan tədbirlərin təşkili, birgə hesabatların hazırlanması və yayılmasına dair təkliflərə, Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələn məsələlərə dair təşəbbüslərə üstünlük verilir);
D. Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi, mina və itkinlər problemi
(Qarabağ və Şərqi Zəngəzurun potensialından səmərəli istifadəyə, Böyük Qayıdış nəticəsində doğma yurdlarına dönmüş və qayıtmağa hazırlaşan sakinlərlə işə, azərbaycanlı itkin, əsir və girovların taleyi ilə əlaqədar təşəbbüslərə, onların ailələri ilə işə, dünyanın müxtəlif ölkələrində bu kateqoriyadan olan şəxslərin hüquq və azadlıqlarının birgə müdafiəsinə dair təkliflərə, işğaldan azad edilmiş ərazilərin mina və PHS-dan təmizlənməsinə dəstək təkliflərinə, bu barədə əhalinin maarifləndirilməsi tədbirlərinə, mina qurbanları, onların ailələri ilə işə, BMT-nin Davamlı İnkişaf Məqsədlərindən biri kimi “minasız dünya”nın müəyyənləşdirilməsi istiqamətində təşəbbüslərə üstünlük verilir);
E. Şəhid ailələri və müharibə iştirakçıları ilə iş
(şəhid ailələri və müharibə iştirakçıları, veteranları ilə iş, hüquqi və psixoloji xidmətin təşkili, Azərbaycan Respublikasının istiqlaliyyətinin, ərazi bütövlüyünün və suverenliyinin bərpası prosesinin təhlilinə dair təşəbbüslərə üstünlük verilir);
F. Sağlam və təhlükəsiz həyat tərzinin təbliği
(narkomaniya, tütünçəkmə, artıq çəki, yoluxucu xəstəliklər ilə mübarizə, velosipedlərdən istifadənin təbliği, yol hərəkətinin təhlükəsizliyi, sürücülük mədəniyyətinin yüksəldilməsinə dair təşəbbüslərə üstünlük verilir);
G. Erkən nikah, məişət zorakılığı, insan alverinə qarşı mübarizə, həssas qruplarla iş
(Erkən nikah, məişət zorakılığı, insan alverinə qarşı mübarizəyə, qadınlar, ahıllar, fiziki məhdudiyyətli şəxslər, aztəminatlı ailələr ilə işə, məşğulluq probleminin (xüsusilə qadınların məşğulluğunun) və digər sosial-iqtisadi məsələlərin həllinə yönəlmiş təşəbbüslərə üstünlük verilir);
H. Milli, ictimai və beynəlxalq əhəmiyyətli digər təşəbbüslər (sərbəst mövzu)
(Yuxarıda qeyd olunan kateqoriyalar üzrə mövzulardan kənarda qalan, milli, ictimai, beynəlxalq əhəmiyyətli digər bütün təşəbbüsləri əhatə edir. Təhsil, mədəniyyət, vicdan azadlığı, ana dilinin saflığının qorunması, korrupsiyaya qarşı mübarizəyə, ictimai nəzarətin təşviqinə dair beynəlxalq əhəmiyyətli təşəbbüslərə üstünlük verilir)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli, 327 nömrəli Qərarına uyğun olaraq müsabiqə üçün tələb olunan sənədlər
- layihə təklifi;
- layihənin icra planı;
- layihənin xərclər smetası;
- layihə büdcəsinin maliyyə əsaslandırılması (orta və böyük qrant müsabiqələrinə təqdim edilən layihələrə münasibətdə);
- QHT-nin nizamnaməsinin, qeydiyyat şəhadətnaməsinin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surətləri;
- QHT-nin vergi uçotu haqqında şəhadətnaməsinin surəti;
- QHT-nin səlahiyyətli nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənədin surəti;
- qrant məbləğinin köçürüləcəyi QHT-nin bank hesabı barədə məlumatlar;
- orta və böyük qrant müsabiqələrinə münasibətdə layihə təqdim edən QHT-nin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısı”nda nəzərdə tutulan qurumlardan qrant alıb-almaması haqqında məlumat;
- orta və böyük qrant müsabiqələrinə münasibətdə layihə təqdim edən QHT-nin müvafiq olaraq son 3 (üç) və ya 5 (beş) il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə müvafiq olaraq azı 10 (on) və ya 20 (iyirmi) fərqli informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd.
Aşağıdakı layihələr müsabiqəyə buraxılmır:
- məzmunu Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları və Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli 237 və 238 nömrəli Qərarları ilə ziddiyyət təşkil edən layihələr:
- Əvvəllər keçirilən müsabiqələrin nəticələrinə görə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş eyni məzmunlu layihələr;
- QHT-nin nizamnamə məqsədlərinə uyğun olmayan layihələr;
- Qrant müqaviləsi üzrə öhdəliklərini pozduğuna görə Agentlik tərəfindən müsabiqədə iştirak hüququndan məhrum edilmiş QHT-lərin layihələri;
Meyarlar:
Texniki ekspertizadan keçdikdən sonra layihələr aşağıdakı meyarlar üzrə 100 ballıq sistem üzrə qiymətləndirilir:
- layihənin məqsədinin aydınlığı;
- layihənin innovativliyi;
- layihənin icra müddətinin əsaslandırılması və davamlılığı;
- layihənin büdcəsinin qrant məbləğinə uyğun olması;
- QHT-nin və işçi heyətin müvafiq layihə mövzusuna uyğun təcrübəsi;
- layihə üzrə risklərin təhlili;
- layihə üzrə benefisiarların düzgün müəyyən edilməsi;
- layihənin icrası zamanı müvafiq tərəfdaşlarla və media ilə əməkdaşlıq;
- QHT-nin təqdim etdiyi layihə mövzusunun nizamnamə məqsədlərinə uyğunluğu;
- layihədən gözlənilən nəticələr.
Texniki tələblər:
- QHT-lər layihə təkliflərini Agentliyin saytında xüsusi bölmə vasitəsilə elektron qaydada təqdim edir (müvafiq bölmə 2024-cü il noyabrın 25-dən dekabrın 25-dək Agentliyin saytında aktiv olacaq);
- Şəxsən, poçtla və ya e-poçt vasitəsilə təqdim olunan layihə təkliflərinə dair sənədlər qəbul olunmur.
Əlaqə vasitələri:
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi,
Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci məhəllə, ev 20.
[email protected] (+994 12) 493-15-81
#QrantMüsabiqələri #QHT #NGO #QhtAgentliyi #NgoAgency