• Əlilliyi olan şəxslərə sosial dəstək İB
Fiziki məhdudiyyətli gənclərə “Bizimlə öyrən” adlı təlim keçirilib
29 oktyabr, 20:59
99

30.10.2024-cü il tarixdə “İBİS” Hotel və “Əlilliyi olan şəxslərə sosial dəstək” ictimai birliyinin birgə əməktaşlığı ilə “İBİS” Hoteldə fiziki məhdudiyyətli gənclərə ”Bizimlə öyrən” adlı təlim keçirilib. Təlimin əsas məqsədi ingilis dilinin öyrənmə metodları, art terapiya , gənclərdə özgüvənin formalaşdırılması, sosiallaşması və cəmiyyətə inteqrasiyası idi. Təlimi BDU-nun  4-cü  kurs tələbəsi  Əli Rəhimli və ATU-nun 4-cü kurs tələbəsi Zeynəb Musayeva keçdilər. Təlim həm aktuallığı, həm maraqlı quruluşu və müasir öyrətmə üsulu ilə öyrədildiyindən fiziki məhdudiyyətli gənclərə müsbət təsir göstərdi.  Sonunda təlimin təşkilində fəal iştirak edən könüllülərə və iştirakçılara setifikatlar təqdim olunub, “İBİS” Hotelin rəhbər işçiləri ilə xatirə fotosu çəkilib.