• Əlilliyi olan şəxslərə sosial dəstək İB
Prezident İlham Əliyevin sərəncamı ilə yeni təyinat
15 aprel, 15:58
11

Prezident İlham Əliyevin Sərəncamları ilə Anar Mehman oğlu Kərimov Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin  müavini vəzifəsindən azad edilib və Azərbaycan Respublikasının Maliyyə Nazirinin birinci müavini təyin edilib.
Həmçinin Azərbaycan Respublikasının Ə
mək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin rəhbəri Himalay Qabil oğlu Məmişov vəzifəsindən azad edilərək Azərbaycan Respublikasının  Maliyyə Nazirinin müavini təyin edilib.