10 may 2025-ci il tarixində Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Ktabxanasında "Əlilliyi Olan Şəxslərə Sosial Dəstək" İctimai Birliyi ilə " Education and Career Conversation Club" mövzusunda gənclərin ingilis dilinin inkişafına dəstək məqsədi ilə interaktiv dərs keçirilib . Tədbirin keçirilməsində əsas məqsəd əlilliyi olan gənclərin təhsil və karyera imkanlarının genişləndirilməsinə köməklik göstərmək , eyni zamanda kitabxanaya bu sosial qrupdan olan yeni oxucuları cəlb etmək, onların mütaliə maraqlarını artırmaqdır.
