16 iyul 2025-ci il tarixdə Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən qalib elan olunmuş "Duruca kəndində turizmin inkişafına dəstək" layihəsinin icrası ilə bağlı Qəbələ rayonunun Duruca kəndində olduq. DTA-nın regional şöbəsi, Qəbələ nümayəndəsi, Qəbələ Bələdiyyəsi və "Qəbələ İnşaat" nümayəndələri ilə görüşərək layihəni və icrası zamanı görülən işləri müzakirə etdik. Sonra yerli əhali ilə görüşərək layihə müddətində keçirilməsi planlaşdırılan təlimlər haqqında məlumat verdik.
Layihə müddətində:
Söhbətgahın Tikintisi:
Kənddə müasir standartlara cavab verən söhbətgahın tikintisi avqust ayında icra olunacaq. Nəticədə, bu məkan yerli icmanın və turistlərin toplanması üçün əlverişli şərait yaradacaq.
Təlimlərin Təşkili:
İctimai iaşə müəssisələrində çalışanlara və yerli sakinlərə "turizm və otelçilik, bələdçilik, xidmət, qonaqlama" sahələrində 4 təlim keçiriləcək. Bu təlimlər nəticəsində 20-50 nəfərlik yerli sakin yeni biliklər əldə edərək turizm sektoru ilə daha aktiv şəkildə məşğul olacaqlar.
Həssas Qruplara Dəstək:
Həssas qruplardan olan insanlara əl işləri hazırlamağı öyrədiləcək. Nəticədə, onların iqtisadi vəziyyəti yaxşılaşacaq.
#DTA #turizm #layihe #Druca #Qebele #temir #telim

