• Əlilliyi olan şəxslərə sosial dəstək İB
Əlilliyi olan uşaq və gənclər üçün yay düşərgəsi təşkil olunub.
03 sentyabr, 10:21
159

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə, “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi qeydiyyatında olan uşaq və gənclər (onları müşayiət edən şəxslərlə), könüllülər, tibb personalı ilə birlikdə 02 sentyabr tarixindən Şüvəlan qəsəbəsində yerləşən Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində yay düşərgəsinə başlayıb.

Düşərgədə uşaq və gənclərə, valideynlərə tibbi marifləndirmə, inklüziv təhsil və əlilliyi olan şəxslərin hüquqları haqqında marifləndirici təlimlər, ustad dərsləri keçiriləcək. Həmçinin, idman saatı və əyləncəli saatlar təşkil olunacaq. Düşərgə 1 həftə davam edəcək, bu da əlilliyi olan uşaq və gənclərin cəmiyyətə inteqrasiyasına, sosiallaşmasına və ailələrin mariflənməsinə səbəb olacaq.

Düşərgə 8 sentyabr tarixində bitəcək. Azərbaycan Respublikasının Gənclər və İdman Naziri cənab Fərid Qayıbova, əlilliyi olan uşaq və gənclər üçün bu şəraiti yaradaraq onlara qayğı göstərdiyi üçün öz minnətdarlığımızı bildiririk. Eyni zamanda Şüvəlan qəsəbəsində yerləşən Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzinin rəhbərliyinə və əməkdaşlarına  əlilliyi olan uşaq və gənclərə göstərdiyi qayğıya görə təşəkkür edirik.

 #AZEyouth #birkimibirlikdə #düşərgə #istirahət  #lager