• Əlilliyi olan şəxslərə sosial dəstək İB
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə əlilliyi olan uşaq və gənclər üçün düşərgə başa çatıb
08 sentyabr, 12:04
78

Sentyabrın 2-dən 8-dək Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Şüvəlan qəsəbəsində yerləşən Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyinin üzvü olan 100 uşaq və gənc üçün yay düşərgəsi təşkil olunub.

Bir həftə davam edən düşərgə çərçivəsində iştirakçılar üçün tibbi maarifləndirmə, inklüziv təhsil və əlilliyi olan şəxslərin hüquqlarına dair təlimlər, həmçinin ustad dərsləri keçirilib. Bununla yanaşı, uşaqlar üçün idman saatları, üzgüçülük məşğələləri və müxtəlif əyləncəli proqramlar təşkil olunub. Layihə əlilliyi olan uşaq və gənclərin sosial bacarıqlarının inkişafına, valideynlərin isə məlumatlılıq səviyyəsinin artırılmasına mühüm töhfə verib.

#Gənclərİdman #AZEYouth #birkimibirlikdə