Pediatriyada Refleksoterapiya təlimləri uğurla davam edir
24 sentyabr, 14:55
235
“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Pediatriyada Refleksoterapiya” layihəsi üzrə artıq 5 təlim və bir təcrübəni həyata keçirib. Təlimlər zamanı analara refleksoterapiya, refleksoterapiyada istifadə olunan cihazlar və alətlər haqqında ümumi məlumat verilib, ağ ciyər və yoğun bağırsaq meridiyanı, mədə meridiyanı, mədəaltıvəz və dalaq meridyanı, öd kisəsi meridyanı haqqında nəzəri təlimlər verilib. Təlim materialları paylanıb. Təlim zamanı bir gün keçilmişlərin möhkəmləndirilməsi məqsədilə təcrübü dərs olub. Təlimlər zamanı anaların sualları cavablandırılıb və gündəlik tapşırıqlar verilib.