2025-CI IL ÜZRƏ FƏALIYYƏT HESABATI
1. 2025-ci il “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi üçün inkişaf, genişlənmə və institusional möhkəmlənmə dövrü olmuşdur. Bu müddət ərzində təşkilatımız əlilliyi olan şəxslərin sosial inteqrasiyası, reabilitasiyası və rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl fəaliyyət göstərmişdir. Hesabat dövründə bir sıra əhəmiyyətli nailiyyətlər əldə olunsa da, resursların məhdudluğu və ehtiyacların artması kimi çətinliklərlə də qarşılaşmışıq. Buna baxmayaraq, tərəfdaşlarımızın və könüllülərimizin dəstəyi ilə fəaliyyətlərimizi davam etdirmişik.Bu hesabat təqdim olunan dövrdə həyata keçirilmiş əsas fəaliyyətləri, əldə edilən nəticələri və gələcək planlarımızı ümumiləşdirir.
2. BIZ KIMIK? (HAQQIMIZDA)
“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi əlilliyi olan şəxslərin və onların ailə üzvlərinin sosial müdafiəsini gücləndirmək məqsədilə yaradılmış qeyri-hökumət təşkilatıdır. Təşkilat əlilliyi olan uşaqlar, gənclər və böyüklər, eləcə də onların valideynlərini əsas hədəf qrupu kimi müəyyən etmişdir. Birlik əsasən Bakı şəhəri və ətraf regionlarda fəaliyyət göstərir, lakin imkanlar daxilində regionları da əhatə edən layihələr həyata keçirir. Missiyamız əlilliyi olan şəxslərin cəmiyyətə tam inteqrasiyasına, öz potensiallarını reallaşdırmalarına və ləyaqətli həyat şəraitinə töhfə verməkdir.
KOMANDA VƏ KÖNÜLLÜLƏR:
1.Təranə Musayeva – sədr, ümumi rəhbərlik və layihələrin koordinasiyası
2.Lütfəliyev Elçin - İdarə heyətinin üzvü -texniki dəstək
3.Ağayeva Fərəhnaz - İdarə heyətinin üzvü - sərgi-satışlar
4.Xələfova Zəhra - İdarə heyətinin üzvü - Əlilliyi olan şəxslərin aktiv həyata cəlb edilməsi, düşərgələr
5.Heydərli Cavad - İdarə heyətinin üzvü -Humanitar yardımlar
6.Miriyeva Lamiyə -sosial işçi, benefisiarlarla iş, seminarlar, təlimlər,
tədbirlərin təşkili, təlimlərdə və humanitar aksiyalarda dəstək
3. Fəaliyyət istiqamətləri və ümumiləşdirilmiş göstəricilər
Ümumi xülasə:- Hesabat dövründə təşkilatın fəaliyyəti dörd əsas istiqamət üzrə qurulmuşdur: təhsil xidmətləri, sosial aktivlik, tibbi dəstək və humanitar yardımlar.
Təhsil xidmətləri :
-30-dan çox seminar və təlim, 200-dən artıq benefisiarın iştirakı.
-Valideynlər üçün maarifləndirici görüşlər
-Əlilliyi olan gənclər üçün bacarıq inkişafı sessiyaları
-Əlilliyi olan şəxslərin aktiv həyata cəlb edilməsi
-Ekskursiyalar və mədəni tədbirlər
-Sərgi-satışlar və inklüziv tədbirlər
-Konsert və tamaşalarda iştirak
-İllik olaraq 2000-dən çox şəxs cəlb olunmuşdur
Humanitar yardımlar
Qida paketləri - 200-dən çox
Pul yardımları -20-dən çox
Əlil arabaları və texniki vasitələr -5 dən çox……
Ümumilikdə 400-dən çox ailəyə sosial yardım göstərilmişdir
4. BIZ NƏYI DƏYIŞDIK?
Təşkilatımızın fəaliyyəti nəticəsində əlilliyi olan şəxslərin sosial həyata cəlb olunması, özünəinamının artması və ailələrinin məlumatlılığının yüksəlməsi müşahidə olunmuşdur. Təlim və sosial tədbirlər vasitəsilə benefisiarların cəmiyyətlə ünsiyyəti güclənmişdir.
Reabilitasiya və tibbi dəstək proqramları fiziki və psixoloji vəziyyətin yaxşılaşmasına töhfə vermişdir. Maarifləndirmə tədbirləri isə cəmiyyətdə əlillik mövzusunda həssaslığın artmasına səbəb olmuşdur.
UĞUR HEKAYƏLƏRI:
1.Səfurənin hekayəsi:
Səfurə 15 yaşında fiziki məhdudiyyəti olan uşaqdır. O, qohumlarının himayəsində yaşayır və öz həyat hekayəsini yazır. Təşkilatımızın sosial tədbirlərinə qatıldıqdan sonra onun ünsiyyət bacarıqları inkişaf etdi və hekayələri çap olunmağa başladı.
2. Fatimənin hekayəsi:
Fatimə əlilliyi olan yeniyetmədir. Ailəsinin də dəstəyi ilə sosial tədbirlərdə mahnı oxumağa, özünü cəmiyyətə müsbət yöndə təqdim etməyə başladı.
3. Südabənin hekayəsi:
Təlim proqramlarımızdan sonra o, öz bacarıqlarını kəşf edərək sərgi-satışlarda iştirak etməyə başladı və öz əl işlərini satmaq imkanı qazandı.
5. ƏHƏMIYYƏTLI MƏQAMLAR / HADISƏLƏR:
-Dövlət qurumları ilə birgə tədbirlər
-Yerli və beynəlxalq QHT-lərlə əməkdaşlıq
-Sosial kampaniyalar və media çıxışları
6. RESURSLAR:
İllik büdcə: (məsələn: 41 000 manat)
GƏLIR MƏNBƏLƏRI:
-Qrantlar
-Fərdi ianələr
-Sərgi-satışlardan əldə olunan gəlirlər
TƏBII RESURSLAR:
-Təlimlər üçün ödənişsiz məkanlar
-Sponsorlar tərəfindən hədiyyələr
VƏSAITLƏRIN BÖLGÜSÜ:
-Qrantlar, layihələrin icrası – 98 %
-Kommunal xərclər – 2 %
7. GƏLƏN IL ÜÇÜN PLANLARIMIZ :
-Əlilliyi olan gənclər və analar üçün inklüziv mərkəzin yaradılması
-Tibbi və reabilitasiya proqramlarının genişləndirilməsi
-Psixoloji dəstək xidmətlərinin artırılması
-İnklüziv incəsənət və idman dərnəklərinin təşkili
8. TƏŞƏKKÜR:
Təşkilatımızın fəaliyyətinə dəstək göstərən bütün dövlət qurumlarına, tərəfdaşlara, könüllülərə və benefisiarlara dərin təşəkkürümüzü bildiririk.
9. PARTNYORLAR:
-Dövlət qurumları
-Biznes şirkətləri
-Yerli və beynəlxalq təşkilatlar
-Fərdi donorlar (razılıq əsasında)
10. Əlaqə məlumatları
Ünvan: Bakı 1065, Yasamal rayonu, Hərbi şəhərcik, Qırmızı şərq (Eldar Ağayev)küçəsi 98, otaq 30
Telefon: +994504336080
E-mail: E - mail:
[email protected]
Veb-sayt: - https://sspwd.az/
Sosial media:
Facebook :-https://www.facebook.com/profile.php?id=100064824423259&mibextid=ZbWKwL
Instagram- https://instagram.com/sosial_destek_ib?igshid=YmM0MjE2YWMzOA==
Youtube: - https://www.youtube.com/@lilliyiolansxslrsosialdstk1803
Xidmətlərimizə qoşulmaq üçün:
Bizimlə əlaqə saxlayın və ya sosial media səhifələrimiz vasitəsilə müraciət edərək dəstək olun.