“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyinin İdarə heyətinin 21.02.2026-cı il tarixində 2025-ci ilin yekunlarına həsr olunmuş iclası keçirilib.
İclasda 2025-ci il ərzində görülmüş işlər və həyata keçirilmiş layihələr barədə ətraflı məlumat verilib. Təşkilatın sosial müdafiə, maarifləndirmə və inklüzivliyin təşviqi istiqamətində fəaliyyəti diqqətə çatdırılıb.
Gündəliyə uyğun olaraq üzvlüyə qəbul və üzvlükdən çıxarılma məsələləri, eləcə də üzvlük haqlarının toplanması vəziyyəti müzakirə edilib. Bununla yanaşı, Birliyin WUF 13-də iştirakı barədə məlumat təqdim olunub və əldə olunan təcrübə barədə fikir mübadiləsi aparılıb.
İclasda həmçinin cari məsələlər ətrafında müzakirələr aparılıb, qarşıdakı dövr üçün prioritet istiqamətlər müəyyənləşdirilib.


